'Tərtər işi': Hər işgəncə gününə 500 manat
Sizin brauzer HTML5-i dəstəkləmir
"Tərtər hadisələri" zamanı saxlanan Ruslan Fərzəliyev 32 gün işgəncəyə məruz qalıb. Deyir ki, o zaman gözləri önündə hərbçilər də ölüb. Üstəlik, "vətən xaini" damğasına görə yaxınları da ondan imtina edibmiş.
R.Fərzəliyevin sözlərinə görə, məhkəmədə psixoloji yardımın göstərilməsi barədə vəsatət qaldırsalar da, instansiya bunu təmin etməyib. Deyir ki, hər işgəncə gününə görə cəmi 500 manat kompensasiya kəsilib ki, bu da çox azdır.