Tehranda internet kəsilib

Tehran, arxiv fotosu

Nazirlik yanğına elektrik xəttində nasazlığın səbəb olduğunu, qonşu Kərəc şəhərinə də təsir gösgtərdiyini bildirir

Tehranda telekommunikasiya binasında yanğın şəhərin bir çox yerlərində internetin kəsilməsinə səbəb olub.

İranın Kommunikasiya Nazirliyi data mərkəzindəki insidentin paytaxtda internetdə “kiçik” fasiləyə səbəb olduğunu bildirib. Amma ISNA “geniş” kəsintinin mobil və İnternet xidmətlərinə, iki əsas mobil telekommunikasi şirkəti olan Shuttle və Mobinont-un işinə təsir göstərdiyini xəbər verir.

Nazirlik yanğına elektrik xəttində nasazlığın səbəb olduğunu, qonşu Kərəc şəhərinə də təsir gösgtərdiyini bildirir.

İranın mühafizəkar hökuməti İnternetə sərt nəzarət edir, YouTube və Twitter kimi sosial media vebsaytlarına girişi məhdudlaşdırır.