Tbilisi merinin müavini evində ölü tapılıb

İlya Eloşvili

Daxili İşlər Nazirliyi iyunun 1-də ölüm hadisəsi üzrə təhqiqata başladığını bildirib

Gürcüstan paytaxtı Tbilisi merinin müavini İlya Eloşvili evində ölü tapılıb.

Daxili İşlər Nazirliyi iyunun 1-də ölüm hadisəsi üzrə təhqiqata başladığını bildirib. Əlavə detal açıqlanmayıb.

47 yaşlı Eloşvili Tbilisinin meri, keçmiş enerji naziri Kaxa Kaladzenın müttəfiqi idi.

Eloşvili enerji nazirinin müavini postunda çalışıb, 2012-2017-ci illərdə enerji naziri, daha sonra Tbilisi merinin müavini olub.

Mərhum evli idi, iki övladı qalıb.