'Bütün Gürcüstan ayağa qalxmalıdır' – Tbilisidə Heydər Əliyev Mərkəzinin tikintisinə etiraz

Sizin brauzer HTML5-i dəstəkləmir

Gürcüstan hökumətinin Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi inşa etmək planı yerli sakinlər arasında narazılıq doğurub. Tikinti planına görə evləri sökülmək təhlükəsi ilə üzləşən ailələr layihəyə kəskin etiraz edirlər. Evini tərk etməkdən imtina edən sakinlər tarixi ərazinin qorunmasını tələb edirlər: "Əgər məqsəd mədəniyyət mərkəzi yaratmaqdırsa, bura özü bir tarix və mədəniyyət nümunəsi deyilmi?! Başqa bir dövlətin ideyası və arzusu naminə mən niyə öz evimdən, keçmişimdən imtina etməliyəm?".