Azərbaycan hökumətinin 400 milyonluq kredit müqaviləsi

Beynəlxalq qaz kəməri

Azərbaycan hökuməti, “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (CQD) və Dünya Bankı yanvarın 16-da Trans-Anadolu Təbii Qaz Kəmərinə (TANAP-ın) 400 milyon ABŞ dolları kreditin ayrılması ilə bağlı hüquqi sənədləri imzalayıblar. Kredit CQD-yə ayrılıb.

Dünya Bankından verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın qaz ixrac bazarlarının diversifikasiyası, Türkiyə və Cənub-Şərqi Avropanın enerji təchizatının təhlükəsizliyinin artırılması təmin ediləcək.

Buna da bax:​ İlham Əliyev: 'Ötən il ərzində milli valyuta 10 faiz ucuzlaşıb'

Cənub Qaz Dəhlizi layihəsinə TANAP-dan başqa, Trans-Adriatik Qaz Kəməri (TAP-ın) də daxildir. Layihənin məqsədi Şahdəniz qazının Avropaya nəqlini təmin etməkdir.

«Cənub Qaz Dəhlizi» QSC prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü il fevralın 25-də yaradılıb. Bunda məqsəd «Şahdəniz» qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, TANAP və TAP layihələrinin idarə olunmasını təmin etməkdir. Cəmiyyətin nizamnamə kapitalı 100 mln. ABŞ dollarıdır. Həmin sərəncamla Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi Neft Fonduna, idarə edilməsi isə İqtisadiyyat Nazirliyinə tapşırılıb.

Buna da bax: Neft Fondu ilk dəfədir ki, Mərkəzi Banka da pul ayırır