Taliban daha bir şəhəri ələ keçirib

Taliban qüvvələri, Əfqanıstan, 13 avqust 2021

Taliban silahlıları Loqar əyalətinin inzibati paytaxtı Puli Alam şəhərini ələ keçiriblər. Bu barədə əyalət nümayəndələrinə istinadla Reuters məlumat yayıb. Bununla da Talibanın Əfqanıstanın paytaxtı Kabilə çatmasına 70 kilometr qalıb.

Üç həftə ərzində taliblər regionalr mərkəzlərin çox hissəsini ələ keçiriblər. Hazırda ölkənin üç ən böyük şəhəri onların nəzarətindədir. AzadlıqRadiosunun əfqan xidmətinin verdiyi məlumata görə, ölkədəki ABŞ səfirliyi əməkdaşlarının çoxunu təxliyyə etmək üçün Amerika hərbçilərin birinci qrupu avqustun 14-də Kabula gəlib.

Bu günlərdə o da məlum olub ki, Norveç və Danimarka Əfqanıstandakı səfirliklərini bağlayırlar, Almaniya isə diplomatik missiya əməkdaşlarının sayını minimuma endirir.

Daha əvvəl CNN mənbələri, ABŞ səfirliyinin şəhərdə qalan işçilərinin Kabul hava limanı kompleksində işə köçürülə biləcəyini bildiriblər.