Taksilərlə bağlı dəyişikliklər qəbul edilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Taksi sürücüləri niyə kart qəbul etmir?

İyulun 14-də Milli Məclisin iclasında taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. "Dövlət rüsumu haqqında" Qanuna dəyişikliklərə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq.

Bundan əlavə, taksi ilə sərnişin daşımaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı (25 manat) alınmalıdır.

Taksi sürücüsü haqda, o cümlədən hər bir taksi sifarişi üzrə məlumatları informasiya sisteminə ötürməyən vəzifəli şəxslər 10 min 500, hüquqi şəxslər isə 20 min manat cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik edilib.

Taksilərə rəqəmsal taxoqraf cihazı quraşdırılacaq. Həmin cihaz vasitəsilə avtomobilin sürətinə, hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınacaq. Bu dəyişiklik "Avtomobil nəqliyyatı haqqında" Qanunda əksini tapıb.

Taksi avtomobillərinə gediş haqqının məbləğinin hesablanması üçün taksometr da quraşdırılacaq.

Ekspertlər hesab edir ki, həmin dəyişikliklər ölkədə taksi qiymətlərinin artmasına və nəzarətin güclənməsinə səbəb olacaq. Rəsmi qurumlar isə dəyişiklikləri vətəndaşların təhlükəsizlik və mənafeyinin qorunması ilə izah edirlər.

Buna da bax: Taksi müzakirələri niyə indi başladı?