Tacikistandan xaricdəki fəalların qohumlarının təqibini dayandırmaq tələb edilib

Shabnam Hudoidodova

İnsan haqları qrupları Tacikistan hökumətini müstəqil fəalın ailə üzvlərinə qoyulmuş “siyasi motivli səfər qadağanını” qaldırmağa və dissidentlərin qohumlarına qarşı “qəddar təhdid kampaniyasına” son qoymağa çağırıb.

Human Rights Watch (HRW) da daxil 7 insan haqları təşkilatı avqustun 7-də bildiriblər ki, bir həftə əvvəl təhlükəsizlik qüvvələri Shabnam Hudoidodova-nın 10 yaşlı qızını, yaşlı anasını və qardaşını Tacikistanın əsas hava limanında zorla təyyarədən düşürüblər.

Onlar Shabnam-a qovuşmaq üçün Avropaya uçmalı idilər.

HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktoru Hugh Williamson deyib ki, “Tacikistan hökumətinin sadəcə olaraq bir fəalın hakimiyyəti tənqidinə görə 10 yaşlı qıza və onun qohumlarına qarşı göstərdiyi qəddarlıq sarsıdıcıdır”.

Williamson deyib ki, Shabnam Hudoidodova-nın yaxınlarının Tacikistanı tərk etmələrinə dərhal imkan verilməlidir.

Təyyarədən zorla düşürülən şəxsləri saatlarla dindirmiş və onları “axtarışda olduqlarına dair” sənədləri imzalamağa məcbur etmişlər.

Bundan əvvəl, Hudoidodova-nın ailə üzvlərinə qarşı bir neçə hücumların olduğu bildirilir.

İnsan haqları təşkilatının bəyanatında deyilir ki, Tacikisitan hakimiyyəti xaricdəki başqa fəalların da ailə üzvlərini müntəzəm olaraq saxlayıb və səfər etmələrinə imkan verməyib.

Freedom Now təşkilatının icraçı direktoru Maran Turner deyib ki, dissidentlərin ailə üzvlərinin hədəflənməsi hökumətin “yeni və daha rəzil taktikasına” çevrilib.

Təşkilatlar Tacikistanın partnyorları olan Brüssel və Vaşinqtonu bu faktları nəzərə almağa çağırıblar.

Tacikistanın müxalif Qrup 24 siyasi hərəkatından olan Hudoidodova 2015 və 2016-cı ildə Belarusda Tacikistanın ekstradisiya ricası ilə 8 aydan çox saxlanıb.

Bundan sonra o siyasi müxalifətdən gedib və fəaliyyətini Polşada sığınacaq istəyən taciklərin hüquqlarının müdafiəsi ilə davam etdirib.

Group 24 Tacikistanda 2014-cü ilin oktyabrında ekstremist təşkilat kimi qadağan olunub.