Belaruslu Nobel mükafatçısı Svetlana Aleksievic ölməyibmiş

Svetlana Alexievich

Belaruslu yazıçı, ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksievic ölümü barədə məlumatları təkzib edib.

Bu barədə mayın 18-də AzadlıqRadiosunun Belarus xidməti məlumat yayıb.

O, radioya müsahibəsində hazırda Seulda olduğunu bildirib: “Yox bu yalandır. Hazırda Seuldayam, narahat olmayın hər şey yaxşıdır” deyə Svetlana bildirib.

RİA Novosti xəbər verir ki, həmin vaxt Svetlana Aleksieviçin Seulda Koreya dilində kitabının təqdimat mərasimi keçirilirmiş.

Bunu agentliyə hüquq müdafiəçisinin özü deyib.

Bundan əvvəl Rusiyanın kütləvi informasiya vasitələrində hüquq müdafiəçisi, yazıçı və Nobel mükafatçısı Svetlana Aleksievicin vəfat etməsi barədə məlumatlar yayılıb.

AzadlıqRadiosu Belarus xidmətinin məlumatına görə, yalan məlumat21 saat əvvəl Fransanı xarici işlər nazirinin adından açılmış Tvitter hesabından yayılıb.

Buna da bax: Svetlana Aleksieviçin Nobel nitqi sərt oldu (Tam mətni)