'Pensiyamın yarısı yollarda cərimələrə getdi' – Şair

Sizin brauzer HTML5-i dəstəkləmir

Müstəqil ekspertlərin fikrincə, Azərbaycanda yol hərəkəti cərimələri təhlükəsizliyin təmini və nizam-intizamın yaradılmasından daha çox, dövlət büdcəsinə gəlir toplamaq alətinə çevrilib. Bakı sakini, şair Zakir İsmayıl ötən ay aldığı pensiyanın yarısını cərimələrə ödəmək məcburiyyətində qaldığını bildirir: "Bəzən sərnişini düşürmək və ya mindirmək üçün cəmi bir neçə saniyəlik dayanırsan, ardınca isə böyük məbləğdə cərimə gəlir. Ötən ay 349 manat pensiyamın 172 manatını — yəni təxminən 49 faizini cərimələrə ödəmişəm".