Suriyanın qərbində, Homs şəhərində xüsusi təyinatlı əməkdaşların olduğu bina partladılıb. Hadisə nəticəsinə onlarla adamın öldüyü deyilir. Bu barədə Suriya İnsan Haqlarının Pozulması Monitorinq Mərkəzi məlumat yayıb.
Homs şəhər rəhbərliyi faktı təqdi qləyib, bildirib ki, hücum zamanı 20 adam ölüb.
Ölənlər arasında yüksək rütbəli hərbçilər də var. Hüquq müdafiəçiləri deyirlər ki, partlayışdan sonra silahlı toqquşmalar baş verib.
Partlayışla bağlı məsuliyyəti “Cəbhat an-nusra” terror təşkilatı öz öhdəsinə götürüb.