Sumqayıtda heyvansevərlər şikayətçidir

Sizin brauzer HTML5-i dəstəkləmir

Sahibsiz itləri güllələyənlər kimdi? (Arxiv. 2018)

İyunun 20-də heyvansevərlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib.

"Azərbaycan Heyvanların Mühafizəsi" İctimai Birliyinin rəhbəri Fərid Mansurov bildirib ki, gecə saatlarında Sumqayıtda kütləvi şəkildə sahibsiz itlər güllələnib. Onun iddiasına görə, həmin itlər peyvəndlənib və tamamilə təhlükəsiz olub: "Sumqayıt Şəhər İcra Hakimiyyətində bizə bunu etmədiklərini və itlərin kimlər tərəfindən güllələndiyini bilmədiklərini deyirlər. Onda kim bilir? Əlisilahlı adamlar gəzir, polis də bunları tutmağa acizdir?".

Sumqayıt Şəhər İcra Hakimiyyətindən toplaşanlara bildirilib ki, hadisəyə onların heç bir aidiyyəti yoxdur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə münasibət öyrənmək mümkün olmayıb.

Son vaxtlar ölkənin başqa bölgələrindən də oxşar şikayətlər eşidilir. Amma rəsmi qurumlar, hələlik, şikayətlərlə bağlı hər hansı ölçü götürüldüyünü açıqlamayıb.

Buna da bax:

Sahibsiz itlərlə hansı dövlət orqanı ilgilənməlidir...