Bakı-Sumqayıt  marşrutunda qatarların hərəkəti bərpa edilib

Bakı-Sumgayıt qatarı

Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarlarının hərəkəti bərpa olunub. İylun 3-ü səhər saatlarından qatarlar hərəkətə başlayıb.

***

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş verən açılma səbəbindən, bölgələrdən Bakı sərnişin stansiyasına gələn sərnişin qatarların hərəkətində gecikmələr qeydə alınır.

“Azərbaycan Dəmir Yolları” açıq səhimdar cəmiyyətindən (ASC) “APA-ya veilən məlumata görə, ölkə ərazisində elektrik enerjisinin verilməsində yaranan problemlə bağlı bu gün, iyulun 3-də günün birinci yarısında Bakı-Sumqayıt-Bakı marşrutunda işləyən elektrik qatarları hərəkətdə olmayacaq.

“Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərdən yaranmış müvəqqəti narahatçılığa görə üzr istəyir.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb. Ölkə ərazisində eltrikin verilməsi dayanıb. İyulun 3-ü səhər saatlarında Bakıda və ölkənin bir sıra bölgələrində elektrikin bərpa edildiyi bildirilir. Qəzaya səbəb kimi havanın kəskin istiləşməsi nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi göstərilir.