Dörd tələbənin müalicəsi davam edir

Sumqayıt yolunda qəza

Martın 9-da Bakı-Sumqayıt yolunda baş vermiş ağır qəzada xəsarət alan tələbələrədən dördünün müalicəsi hələ davam edir. Tələbələrdən üçü Bakıda, biri Sumaqayıtda müalisəcə edilir. Onlar qəzada ağır xəsarət aldırlarına görə əməliyyat olunmuş tələbələrdir.

Bu haqda AzadlıqRadiosuna Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidmətinin rəbəri Nazxanım Cəlilli bildirib.

Bu il martın 9-da Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən avtobusun qəza törətməsi nəticəsində SDU tələbələrindən 5 nəfər hadisə yerində, biri isə sonradan xəstəxanada vəfat etmişdi. 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı.

Hadisəylə bağlı cinayət işi açılıb, sürücü saxlanılıb.