Paltarına çoxlu pul yapışdırıb eksperiment keçirdi

Qroznı

Stavropollu oğlanlar Çeçenistanda qəribə sosial eksperiment keçiriblər.

Onlar bununla yerli sakinlərin havayı pul götürməyə münasibətini öyrənmək istəyiblər.

Belə ki, onlar Oleq adlı həmkarlarının gödəkçəsinə çoxlu kağız pullar yapışdırıblar.O isə əlində “Bu pullar ehtiyacı olanlar üçündür” sözləri yazılmış lövhə tutaraq küçəyə çıxıb.

Yoldaşları isə baş verənləri lentə almağa başlayıblar.

Sakinlərin buna reaksiyası oğlanları mat qoyub.

Belə ki, ətrafdan ötən insanlar ciblərindən pul çıxararaq onun gödəkçəsinə yapışdırmağa başlayıblar.

Bir qrup gənc isə onu yardım eləmək üçün həqiqətən də cərrahiyyə əməliyyatına ehtiyacı olan bir əlil qadının üstünə göndəriblər.

Ətrafdan ötən bir kişi isə pullardan bir neçəsini götürməzdən əvvəl xeyli götür-qoy etməli olub və onu pul götürmək üçün hətta dilə tutmalı olublar.