"Sputnik Azərbaycan" saytının şef-redaktoru və mətbuat mərkəzinin prodüserinin iş icazələrinin müddəti uzadılmayıb.
Dövlət Miqrasiya Xidmətinin "Müvəqqəti yaşamaq üçün icazələrin verilməsindən imtina edilmiş və müvəqqəti yaşama icazələri ləğv edilmiş şəxslərin siyahısı"nda həmin şəxslərin adları da qeyd edilib.
"Sputnik Azərbaycan" saytının şef-redaktoru Veranika Antonova-Trizno və onun həyat yoldaşı – "Sputnik Azərbaycan"ın mətbuat mərkəzinin prodüseri Pavel Antonovun iş icazəsinin vaxtı iyunun 6-da bitib.
Məsələyə, hələlik, sözügedən şəxslərdən münasibət almaq mümkün olmayıb.
"Sputnik" xəbər agentliyi qlobal media məkanında fəaliyyətə 2014-cü il noyabrın 14-də başlayıb. "Russia Today" media qrupunun layihəsi olan "Sputnik Azərbaycan" portalı ölkədə 2015-ci ildən fəaliyyət göstərir.