4 nəfərlik ailənin başçısı: 'Ayda min manat ölməmək üçün bəs edər'
Sizin brauzer HTML5-i dəstəkləmir
Ayda 375 manat maaş və 350 manat sosial yardım alan Mingəçevir sakini Elçin Həsənzadə bahalaşma fonunda 4 nəfərlik ailəsini dolandıra bilmir. Sosial narazılığın artdığı vaxtda hökumət işsizliyin 5%-dən aşağı olduğunu bəyan edir və altıncı sosial islahat paketi hazırlayır. Lakin müstəqil iqtisadçılar real işsizliyin daha yüksək olduğunu bildirir və xəbərdarlıq edirlər: artımlar inflyasiyanı üstələməsə, əhalinin alıcılıq qabiliyyəti yerində sayacaq.