Mətbuat Şurası baş mükafatını Sona Vəliyevaya verdi

Sona Vəliyeva

-

Mətbuat Şurası builki Ali Media Mükafatını (1-ci dərəcəli) Sona Vəliyevaya verib.

Mükafat ona "Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə" təqdim edilib.

Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun həyat yoldaşıdır.

O, hökumətyönlü "Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvüdür, universitetə hazırlıq kursları, liseyləri idarə edir və... şeir yazır.

Buna da bax: Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi