Soçidə Olimpiya kəndinin binaları dağılır- [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Soçidə Olimpiya kəndinin binaları dağılır

-

Soçinin “Vesyolıy” – “Şən” qəsəbəsinin sakinləri heç də şən deyillər.

Olimpiya iştirakçılarının yaşaması üçün tikilən evlər boş qalıb və iki ilə oğurlanması mümkün olan hər şey evlərdən daşınıb, mənzillər qarət edilb, şüşələr və qapılar sındırılıb.

Yerli camaat isə başa düşə bilmir nəyə görə rəhbərlik bu binalara adam köçürtmür.

“Çünki yiyəsiz qalıb, heç kim yaşamır gənclər də gəlib buraları dağıdır. Mən baxıram heyifim gəlir. Niyə görə bura adam köçürdmürlər? Nə burada nə orada nə orada heç yerə adam köçürdmürlər, niyə?”

Qəsəbə Olimpstroy korporasiyasının sifarişi ilə büdcə hesabına tikilib. Burada olimpiya obyektləri tikilən zaman İmeretin çökəkliyindən köçürülən adamlar yaşamalı idilər. Soçidə mənzil növbəsinə minlərlə adam dayanıb. Amma bu mənzillərin əksəriyyəti hələ də boşdur. Qalina bura bir il öncə köçüb. İlk altı ayı susuz və işıqsız yaşayıb.

“Dəsmal qurudanları oğurlayıblar, hər ikinci mənzildə dəsmalqurudanları, əl-üz yuyanları istilik batareyasını oğurlayıblar”.

Sakinlər deyir ki, məsələ tək santexnika oğurlanmasında deyil – binaları o qədər keyfiyyətsiz tikiblər ki, artıq əsaslı təmirə ehtiyac var.

Sakinlərin sözlərinə görə, şəhər rəhbərliyində onlara bildiriblər ki, bu mənzillərin sahibləri var.

“Hər şey sürüşür dağılır sınır adamlara şərait verin. “Bu mənzillərin sahibləri var”.

Hanı sahiblər? Əgər sahibləri varsa onda dekabrdan nəsə eləməyə başlayadılar, köçərdilər, təmir edərdilər. Mən başa düşmürəm ki, bu sahiblər hardadır”

Sakinlər deyir ki, binaların üçdəbiri adamlara verilib. Verilən evlər Olimpiada üçün aparılan tikintinin hesabat kağızlarına düşüb, kabus evlərin müqəddəratı isə heç kimi maraqlandırmır.