SOCAR «Petkim»dəki həbsləri dəstəkləyir

SOCAR-ın yanacaqdoldurma məntəqəsi

“Sadettın Korkut, İlqar Mehmetoğlu, Yasin Atakın həbsi “Petkim” və SOCAR-ın Türkiyədə fəaliyyəti ilə bağlı deyil. Bu, Türkiyənin müvafiq orqanlarının həyata keçirdiyi hüquqi prosedurdur. SOCAR bu proseduru dəstəkləyir”.

SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) "Turan" agentliyinin sorğusuna verdiyi rəsmi cavabda belə deyilir.

BUNA DA BAXIN: Türkiyədə 50 minə yaxın adam işdən qovuldu (İnfoqrafika)

Cavabda bildirilir ki, “Petkim” və SOCAR-ın Türkiyədəki digər müəssisələri işini adi rejimdə davam etdirir. Bütün layihələr qrafik üzrə həyata keçirilir.

Xəbərdə qeyd edir ki, Türkiyədə iyulun 15-də baş verən çevrilişi himayə etməkdə günahlandırılan Fetullah Gülenlə bağlı qaldırılan cinayət işi çərçivəsində “Petkim”ın 13 əməkdaşı həbs edilib. Daha 12 nəfərdən ölkəni tərk etməmək haqqında iltizam alınıb. Üstəlik işdən çıxarılanlar var.

Həbs olunanlar arasında “Petkim Petrokimya Holding “A.Ş.-nin keçmiş icraçı direktoru Saadettin Korkut, habelə azərbaycanlılar - SOCAR-Türkiyə baş direktor müavini İlqar Mehmetoğlu, insan resursları şöbəsinin müdiri Raqif Fərəcov və başqaları var.

«Petkim»in əsas səhmdarı SOCAR-dır.

BUNA DA BAXIN: 'Qartalın başını kəsmək': Türkiyə Silahlı Qüvvələrinin sonu gəlib?

«Petkim» Türkiyədə fəaliyyətə 1970-ci ildə başlayıb. 2008-ci il mayın 30-da keçirilmiş hərracda «Petkim Petrokimya Holding A.Ş.»nin səhmlərinin 51 faizini 2 milyard 40 milyon dollara «SOCAR&Turcas Enerji A.Ş.» əldə edib.

Hazırda «Petkim»in nəzdində bir sıra neft-kimya məhsulları istehsal edən fabriklər fəaliyyət göstərir.