Azərbaycan prezidenti İlham Əliyev bu gün, fevralın 16-da deputat Siyavuş Novruzov-u “ Şöhrət” ordeni ilə təltif edib.
Dövlət bşçısının sərəncamında bu “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə” qeydi ilə izah edilib. Siyavuş Dünyamalı oğlu Novruzov prezident İlham Əliyevin rəhbərlik etdiyi hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədridir. Onun sabah fevralın 17-də 50 yaşı tamam olur.
O, 2000-ci ildən deputatdır.