Siyasi məhbus sayılan şəxs azadlığa çıxıb

Azərbaycanda həbsxana

Sentyabrın 15-də hüquq müdafiə təşkilatlarının siyasi məhbus elan etdiyi daha bir nəfər azadlığa buraxılıb. Azadlığa çıxan Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına görə, 2012 ci ildə həbs edilmiş Surac Ağayev-dir.

Bu haqda AzadlıqRadiosuna keçmiş məhbusun yaxınları xəbər verib.

S.Ağayev həbs müddəti başa çatdığına görə azad edilib.

O, Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına görə, 2012 ci ildə həbs edilmişdi. S.Ağayev Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (dövlət bayrağı və ya gerbi barədətə təhqiredici hərəkətlər)” 283.1 (milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham olunmuşdu. S.Ağayevə5 il həbs cəzası verilmişdi.

Xatırlatma

2012-ci ildə Masallıdakı beynəlxalq folklor festivalı ilə bağlı 7 nəfər həbs olunmuşdu.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi cenub.news.com saytınınbaş redaktoru Araz Quliyevlə Xalid Kazımovu 8, Ziya Tahirovla Rza Ağalını 7, Surac Ağayevi 5, Namiq Kişiyev və Nicat Əliyevi isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Yuxarı məhkəmələr hökmü dəyişməmişdi.

Namiq Kişiyev və Nicat Əliyev bu il martın-18 də azadlığa buraxılıb.

Məhkum edilmiş digər şəxslər isə hazırda cəza çəkir.

Yerli hüquq müdafiəçilərinin siyahısına görə, hazırda ölkədə 140 civarında siyasi məhbus var

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusun olmasi fikrini qəbul etmirlər.Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.