'Siyahıda 300-dən çox şəxs var' — Jurnalistlər 18 noyabrı Siyasi Məhbus Günü elan etməyə çağırır
Sizin brauzer HTML5-i dəstəkləmir
Azərbaycanda 18 noyabrın Siyasi Məhbus Günü kimi qeyd edilməsi təklif olunub. Bu təşəbbüslə hazırda həbsdə olan jurnalistlər çıxış ediblər. 18 noyabr - 2007-ci ildə həbsinə etiraz olaraq aclıq aksiyası keçirən fəal Faina Kunqurovanın anım günüdür. Hazırda hüquq müdafiəçilərinin siyahılarında 300-dən çox şəxsin adı siyasi məhbus kimi qeyd edilir.