'Şəxsi müstəviyə keçən qisasçılıq': Cərimə kameralarında baş verənlər

Sizin brauzer HTML5-i dəstəkləmir

Siyasi məhbus kimi tanınan şəxslər media çıxışlarında cərimə kameralarındakı antisanitar şəraiti və qarşılaşdıqları işgəncə hallarını dəfələrlə dilə gətiriblər. Onların iddiasına görə, hökumət siyasi və ictimai fəaliyyətinə görə seçilən məhkumları bu üsullarla cəzalandırmağa çalışır. Hüquq müdafiəçisi Zəfər Əhmədov isə bildirir ki, belə hallara rast gəlinsə də, onlar geniş vüsət almayıb: "Qisasçılıq amilinin şəxsi müstəviyə keçdiyi məqamlarda, adətən, belə hallarla qarşılaşırıq. Lakin Penitensiar Xidmət, bir qayda olaraq, bu addımı atmır. Onların mövqeyi belədir ki, məhkum bura göndərilibsə, cəzasını çəkməlidir, biz isə sadəcə onu saxlamalıyıq. Çünki bunun düşər-düşməzi də olur. Təzyiqlər siyasi məhbusları daha da qəzəbləndirir və onların etiraz dalğasını gücləndirir".