Şirvan şəhər Mərkəzi Xəstəxanası ilə əlaqəli cinayət işi açılıb. Bu barədə bu gün, avqustun 6-da Baş Prokurorluq məlumat yayıb.
Məlumatda yazılıb ki, "Şirvan şəhər Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktorunun əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Açıqlamada xəstəxananın direktoru İlham Mustafayevin bəzi qanunsuz əməllərdə şübhəli sayıldığı qeyd edilir: "Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb".
Bu açıqlamaya, orada yer alan ittihamlara, hələlik, İ.Mustafayevin və ya onun vəkilinin münasibətini almaq mümkün olmayıb.