Siqaret yenə bahalaşdı- VIDEO

Sizin brauzer HTML5-i dəstəkləmir

Siqaret qiymətləri yenə qalxdı

Sentyabrın 5-dən Azərbaycanda əksər siqaretlərin qiymətinin yenidən bahalaşdığı bildirilir.

Bu barədə «Report» xəbər yayıb. Ümumilikdə siqaretlərin qiymətində 20-40 qəpik artım müşahidə olunduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, qiyməti 2 manat 60 qəpiyə olan LD (nazik qutu) 2 manat 80 qəpiyə yüksəlib. Qiyməti 1 manat 50 qəpiyə olan «West» (qalın qutu) isə artıq 1 manat 70 qəpiyə satılır. «Sobranie» siqaretinin isə 40 qəpik bahalaşdığı bildirilir.

Ötən həftə də siqaretlərin qiymətində 20-40 qəpik arasında bahalaşma baş vermişdi.

Dünən-sentyabrın 4-dən isə əksər mağazalarda siqaretlərin yığışdırıldığı bildirilirdi.

Marketlərdə bahalaşma manatın dollara nisbətdə dəyər itirməsi ilə izah edilir.