Xəzərdə suyun azalması 'Şimal' ES-ə təhlükə yaradıb

"Şimal-2" Elektrik Stansiyası

Xəzər dənizində son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsi Şüvəlan qəsəbəsində yerləşən "Şimal" Elektrik Stansiyasına (ES) ciddi təhlükə yaradıb.

Bu barədə "AzərEnerji" ASC-dən bildirilib.

Söhbət Azərbaycanın ikinci böyük elektrik stansiyasından və Bakının 40 faizdən artıq ərazisini elektrik ilə təchiz edən qurumdan gedir.

"AzərEnerji" ASC-dən vurğulandığına görə, stansiyanı xilas etmək üçün Xəzər dənizində soyuq suyu dərinlikdən götürməyə imkan verən estakadanın və iki yerdə su nasos stansiyasının tikintisinə başlanılıb.

Vurğulandığına görə, əgər bu tədbirlər görülməsiydi, yaxın illərdə ümumi gücü 800 meqavat olan "Şimal-1" və "Şimal-2" elektrik stansiyalarının fəaliyyətini tamamilə dayandırması qaçılmaz olacaqdı.

Bildirildiyinə görə, bu təcrübə daha öncə "Sumqayıt" Elektrik Stansiyasında uğurla həyata keçirilib.

Şüvəlandakı "Şimal-1" elektrik stansiyası 21, "Şimal-2" isə 3 il əvvəl istismara verilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Balıqçı: 'Bax, dəniz burdaydı, indi 15 metr çəkilib, balıq yoxa çıxıb'