Ukrayna ordusu Lisiçanskdəki mövqelərindən geri çəkilib

Ukrayna xüsusi təyinatlılarının Luhansk regionunda keçirdiyi əməliyyat, may 2022

Ukrayna ordusu Luqansk vilayətinin Lisiçansk şəhərindəki mövqelərindən geri çəkilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd olunur ki, geri çəkilmə qərarı “işğalçı qüvvələrin artilleriya, aviasiya, reaktiv yaylım atəşi sistemləri, döyüş sursatları və şəxsi heyətin” çoxsaylı üstünlüyü şəraitində qəbul edilib.

Ukrayna Baş Qərargahının fikrincə, şəhərin müdafiəsinin davam etdirilməsi ölümcül nəticələrə gətirib çıxara bilərdi.

Məlumatda qeyd olunur ki, "biz qayıdacağıq və mütləq qalib gələcəyik" Lisiçansk Luqansk vilayətində Ukrayna qoşunlarının nəzarətində olan sonuncu şəhər idi.

***

Şoyqu Putinə 'LNR-nin azad edilməsi haqqında' məruzə edib

Putin və Şoyqu (solda), arxiv foto

“İnterfaks” agentliyi xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə "Luqansk Xalq Respublikasının" (Ukrayna ərazisində Rusiyanın dəstəklədiyi separatçı bölgə) azad edilməsi” ilə bağlı hesabat verib.

O, həmçinin Putinə Lisiçansk şəhəri üzərində tam nəzarətin ələ keçirildiyi barədə də məlumat verib.

Hələki bu məlumatı Ukrayna tərəfi və müstəqil mənbələr təsdiqləməyib.

Buna da bax:

Lukaşenka Ukraynadan Belarusa raket atıldığını iddia edir

Son bir neçə gün ərzində Lisiçanska nəzarət uğrunda şiddətli döyüşlər gedir. İyulun 3-də səhər saatlarında Luqansk hərbi-mülki administrasiyasının rəhbəri Sergey Qaydai bildirib ki, hazırda Rusiya qüvvələri öz mövqelərində cəmlənirlər.

"Yəqin ki, bütün qüvvələr Lisiçanska atılıb"

Onun yazdığına görə, "şəhər əsassız olaraq qəddar taktika ilə hücuma məruz qalıb. Əgər Severodonetskdə bir aylıq küçə döyüşləri nəticəsində şəhər tamamilə dağıdılıbsa, Lisiçanskdə qısa zaman anında eyni administrativ binalar təməlinə qədər dağıdılıb. Burada çoxlu hərbçilər var və çoxsaylı silahlardan istifadə olunur. Eyni zamanda, düşmənin döyüş sursatı olan bir neçə anbarı məhv edilib. Onlar əhəmiyyətli itkilərə məruz qalırlar, lakin inadla irəliləyirlər. Onlar şəhərdə, eləcə də Vernokamenkada sabitlənir və yaşayış məntəqələrini dağıtmaqda davam edirlər" -Qayday yazır.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.