Rusiya Xəzərdən 18 raket buraxdı

Rusiya oktyabrda ilk dəfə Xəzərdən Suriyadakı hədəfləri vurmuşdu.

-

Rusiyanın Suriyada əməliyyat keçirən aviasiya qruplaşması iki dəfə artırılıb və hazırda 69 təyyarədən ibarətdir.

Bu barədə noyabrın 20-da prezident Vladimir Putinlə görüşdə müdafiə naziri Sergei Shoigu məlumat verib.

Shoigu həmçinin bildirib ki, Rusiyanın Xəzər dənizindəki gəmiləri noyabrın 20-də Suriyanın Raqqa, İdlib və Hələb əyalətlərindəki 7 hədəfə 18 qanadlı raket buraxıb.

Öz növbəsində Vladimir Putin qeyd edib ki, Rusiya hərbçilərinin Suriyada qarşısına qoyulan tapşırıqlar yaxşı yerinə yetirilir.

Amma prezident qeyd edib ki, bu Suriyanı yaraqlılardan təmizləmək və Rusiyanı mümkün terror hücumundan qorumaq üçün üçün hələ ki, kifayyət deyil.

Bu barədə Rusiyanın Ria.novosti və İnterfaks agentlikləri xəbər yayıblar.

Qeyd edək ki, Rusiya bundan əvvəl-oktyabrın 7-də də Xəzərdən Suriyayadakı hədəflərə 26 qanadlı raket buraxıb.

Yerli mətbuatın məlumatına görə, sakinlər həmin vaxt İran üzərindən uçan naməlum obyektlər görüb və partlayış səsləri eşidiblər.

HƏMÇİNİN BAX:

Azadliq A- Live programı Azərbaycanda və dünyada baş verənlər haqda