Bu gün, oktyabrın 15-i Bakıda İkinci Şopinq Festivalı başlayır.
AZƏRTAC yazır ki, festivalda 400-dən artıq ticarət obyektinin iştirakı gözlənilir.
Festivalda mağazaların və xidmət mərkəzlərinin əksəriyyətinin əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulduğu bildirilir. İlk dəfə olaraq supermarketlər də festivala qoşulmağa qərar veriblər.
Noyabrın 15-dək davam edəcək İkinci Şopinq Festivalında 111 müəssisə tərəfdaş qismində çıxış edəcək. Festivala ümumilikdə 578 müəssisə qatılıb.
Xatırlatma
İlk Bakı Şopinq Festivalı bu il aprelin 10–dan mayın 10-dək keçirilib.
Ancaq bəzi ekspertlərin fikrincə bu festival ümidləri doğrultmayıb.
Çünki, ondan əvvəl rəsmilər bəyan etmişdilər ki, şopinq festivalla 50 milyon manat qazanc elədə olunacağına ümid edirlər.
Ancaq sonradan qazancın bundan qat-qat aza olduğu bəlli oldu.
2016-cı ildə prezident İlham Əliyev “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda şoppinq festival təşkil edilsin.