İçində 11 nəfər olan yük maşını çaya düşüb

Foto: arxiv

Oktyabrın 15-də egcə saatlarında Şamaxı rayonu Qaleybuğurd kəndində “ZİL-131” markalı yük avtomobili çaya düşüb.

Avtomobildə olan 11 nəfər kənd sakini köməksiz vəziyyətdə qalıb.

Onların köməyinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çatıb.

Çayın ortasında qalan maşın və 11 nəfər sudan çıxarılıb. Adamların arasında xəsarət alan olmayıb.

Hadisənin başvermə səbəbləri açıqlanmır.

Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.