Şahin Bağırov Gömrük Komitəsinin sədri oldu

Şahin Soltan oğlu Bağırov Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı bugün, fevralın 14-də sərəncam imzalayıb.

Azərbaycan dövlət başçısı onu Dövlət Gömrük Komitəsinin sədri təyin edib.

Prezident İlham Əliyev ötən il iyulun 16-da DGK-nin sədri Səfər Mehdiyevi vəzifəsindən azad etmişdi.

O, 2018-ci il aprelin 23-dən həmin vəzifəni tuturdu.

Səfər Mehdiyevdən sonra DGK sədri vəzifəsini elə Şahin Bağırov icra edirdi.