Seymur Həzi 30 günlük həbs müddətinin bitdiyi gün azadlığa çıxıb

Sizin brauzer HTML5-i dəstəkləmir

AXCP sədrinin müavini Seymur Həzi noyabrın 16-da azadlığa çıxıb. "Polisin qanuni tələblərinə əməl etməmə" və "xırda xuliqanlıq"da ittiham olunan sədr müavininə əvvəlcə 15 sutka həbs verilib. Oktyabrın 29-da müddət daha 15 gün artırılıb. O, həm saxlanmasını, həm də həbsini qanunsuz və qərəzli sayır.