Məhkəmə ANS-ə qarşı iddianı təmin etdi

Mirşahin

-

1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi montajçı Sərxan Vəliyevin əməkhaqqının ödənilməsi ilə bağlı ANS teleşirkətinin rəhbərliyinə qarşı iddiasını təmin edib.

İşin materiallarına görə, Mirşahin Ağayevin timsalında ANS rəhbərliyi kompüterçi-montajçı Sərxan Vəliveyə əməkhaqqı ödəməkdən imtina edib. Söhbət 2015-ci ilin aprel-may aylarına görə, 870 manat əməkhaqqının ödənilməməsindən gedir.

Məhkəmə araşdırmalarına görə, S.Vəliyev dəfələrlə müraciət edərək müqaviləyə əsasən ona düşən əməkhaqqının ödənilməsini istəyib. Lakin bunun əvəzində onun işdən çıxarıldığı, polislə hədələndiyi bildirilir.

Bundan sonra isə telekanal əməkdaşının məhkəməyə müraciət etdiyi qeyd edilir. O, əməkhaqqının ödənilməsini və öz hüquqlarının pozulmasına görə, mənəvi ziyanın ödənilməsini tələb edib.

Aida Hüseynin sədrliyilə ilə keçirilən məhkəmədə S.Vəliyevin iddiasının qismən təmin edilməsi qərara alınıb.

ANS S.Vəliyevə ikiaylıq əməkhaqqını, faiz kimi 45 manat və məhkəmə xərclərinə görə, 10 manat ödəməlidir.

Bu məhkəmə yolu ilə sıravi əməkdaşın ANS rəhbərliyini udduğu ilk qərardır. İndiyədək məhkəmələr bu teleşirkətə qarşı reklam haqqında qanunun pozulmasına görə, cərimə qərarı çıxarırdılar. Ümumilikdə, bu cür qərarların sayı 10-a yaxındır, cərimələrin həcmi isə 160 min manat təşkil edir.

Milli Televiziya və Radio Şurası (MTRŞ) iyulun 18-də «ANS Müstəqil Yayım və Media» Şirkətinin yayımının 1 ay müddətinə dayandırılması haqda qərar verib.

Qurum bu qərarı Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədi ilə izah edib.

Şura eyni zamanda ANS ÇM radiosunun da lisenziyasını geri alıb.

Buna da bax: ANS-in taleyi iyulun 29-da həll olunacaq