Bu ilin iyununda dövlət sərhədini pоzmaqda günahlandırılan 38 nəfər saxlanıb.
Bu barədə Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Açıqlamaya görə, onlardan 18 nəfəri Azərbaycan, 5-i İran, 2-si Hindistan, 1-i Özbəkistan, 6-sı Mərakeş, 2-si Pakistan, 1-i Qazaxıstan və 3-ü Əfqanıstan vətəndaşları olub.
Habelə bildirilir ki, hesabat dövründə Azərbaycan hüquq-mühafizə orqanlarının axtarışında olan 216 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.