İyulun 25-də axşam saatlarında Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Xarici İşlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Habelə bildirildiyinə görə, söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi vurğulanıb. Görüşdə iqtisadi əməkdaşlıq məsələlərinin də müzakirə olunduğu qeyd edilir.
Serbiya Xarici İşlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti iyulun 25-də Azərbaycana gəlib. Nümayndə heyətinin daha bir neçə görüşü gözlənir.