Serbiya prezidenti hərbi xəstəxanaya yerləşdirilib

Aleksandar Vucic, Belqrad, 15 noyabr 2019

Serbiya prezidenti Aleksandar Vucic ürəyində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilib.

Noyabrın 16-da prezident ofisindən verilən açıqlamada Vucic-un bir gün əvvəl paytaxt Belqraddadakı hərbi xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

Keçmiş qatı millətçi olan Vucic indi Serbiyanı Avropa Birliyinə daxil etmək istəyir.

Vucic-in Serbiya Tərəqqi partiyası 2012-ci ildə hakimiyyətə gəlib və o, 2017-ci ildən ölkə prezidentidir.

Həmin vaxtdan bəri o, media azadlığı və demokratiyanı məhdudlaşdırmaq ittihamları ilə üzləşib. Hakimiyyətdə olduğu müddətdə Vucic hökuməti Serbiyanın ənənəvi slavyan müttəfiqi olan Rusiya ilə münasibətlərini möhkəmləndirib.