'Sədərək'də yanğın olub

Yanğın

Bakının Qaradağ rayonu ərazisində «Sədərək» Ticarət Mərkəzində yanğın hadisəsi baş verib.

Xəbəri Fövqəladə Hallar Nazirliyi yayıb.

Bildirilir ki,yanğın sentyabrın 24-də səhər saatlarında söndürülüb.

Nazirlik hadisəylə bağlı əlavə məlumat veriləcəyini deyir.

Yanğının vurduğu zərər və səbəblər barədə məlumat verilmir.

«Sədərək» Bakının ən iri ticarət mərkəzlərindən biri sayılır.