Siyahıya 'təhqir və böhtan' əlavə olunur – saytlar məhkəməsiz bloklana bilər

Sizin brauzer HTML5-i dəstəkləmir

Milli Məclisdə "yayılması qadağan edilən məlumatların siyahısı"nın genişləndirilməsi müzakirə olunur. Təklifə əsasən, siyahıya "təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar" da əlavə ediləcək. Yeni dəyişikliklərlə dövlət orqanları zərərçəkmiş şəxsin şikayətini gözləmədən, öz təşəbbüsü ilə saytları müvəqqəti bloklaya biləcək. Hazırda isə bu addım yalnız məhkəmə qərarı ilə mümkündür.