Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təliminə start verilib
Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” Azərbaycan və Türkiyə birgə taktiki təliminə start verilib.
Bu barədə sentyabrın 20-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən gerçəkləşib.
Qeyd edilir ki, təlimdə hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növləri iştirak edəcək.
Təlimin nə vaxt başa çatacağı açıqlanmayıb.
Bundan əvvəlki bir neçə ildə də Naxçıvanda iki ölkə arasında eyni adda təlim keçirilib.