Sarkozi məhkum edildi

N.Sarkozi

O, seçki kampaniyasına maksimum qanuni limitdən iki dəfə çox – 22.5 milyon avro (27.5 milyon dollar) xərcləməkdə ittiham olunur

Fransanın keçmiş prezidenti Nikola Sarkozi 2012-ci ildə yenidən prezident seçilmək üçün seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinərək bir illik ev dustaqlığına məhkum edilib.

Sentyabrın 30-da çıxarılmış hökmə görə, 66 yaşlı Sarkozi elektron nəzarət bilərziyi taxmalı olacaq.

O, seçki kampaniyasına maksimum qanuni limitdən iki dəfə çox – 22.5 milyon avro (27.5 milyon dollar) xərcləməkdə ittiham olunur. Həmin il Sarkozi Sosial Partiyasından namizəd Fransua Hollanda uduzdu.

2007-2012-ci illərdə vəzifədə olmuş keçmiş prezident təqsirsiz olduğunu deyir. Vəkili qərardan şikayət veriləcəyini söyləyib.

Sarkozi özü hökm elan olunanda məhkəməyə getməyib.

Martın 1-də keçmiş prezidenti başqa bir iş üzrə korrupsiya və pulla ələ almada təqsirli bilinib. Ona həmin iş üzrə bir il həbs, iki il şərti cəza kəsilib. Amma apelyasiya verildiyi üçün hələ azadlıqdadır.