Serj Sarkisyan Gürcüstana gəlib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili (solda) və Ermənistan prezidenti Serj Sarkisyan

Ermənistan prezidenti Serj Sarkisyan Gürcüstana rəsmi səfərə gəlib.

Dekabrın 25-də Tbilsii hava limanında Serj Sarkisyanı daxili işlər naziri Mixeil Canelidze, Gürcüstan prezidenti administarsiyasının rəhbəri Giorgi Abaşişvili və başqa Gürcüstan rəsmilərin qarşılayıblar.

Ermənistan prezidenti Sarkisyan Gürcüstanda bu ölkənin prezidenti Giorgi Marqvelaşvili, baş nazirGiorgi Kvirikaşvili, parlamentin spikeri İrakli Kobaxidze və Gürcüstan patriarxı II İliya ilə görüşməlidir.

Sarkisyan dekabrın 26-da Gürcüstandan Moksvaya uçmalıdır. O MDB dövlət başçılarının Rusiuya paytaxtında keçiriləcək sammitində iştirak edəcəjk.

Bu sammitə Rusiya prezidenti Vladimir Putuin sədrlik edəcək.

Sammitdə Ermənistandan başqa Azərbaycan, Belarus, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistanın dövlət başçıları iştirak etməlidirlər.