Qondarma rejiminin “keçmiş müdafiə naziri” Babayanı tutdular

Samvel Babayan

Qondarma Dağlıq Qarabağ rejiminin “keçmiş müdafiə naziri” Samvel Babayanın saxlandığı bildirilir.

Bu barədə AzadlıqRadiosunun Ermənistan xidməti martın 22-də “Ohanyan-Raffi-Oskanyan” blokunun üzvü, “İrs” partiyasınınsədr müavini Armen Martirosyana istinadla xəbər verir.

Amma o, hələlik bu barədə əlavə məlumatı olmadığını deyib.

Məlumatı AzadlıqRadiosunun Ermənistan xidmətinə Samvel Babayanın ailə üzvləri də təsdiqləyib.

Ermənistanın milli təhlükəsizlik xidməti bildirir ki, ölkəyə qaçaq yolla “İqla” zenit-raket kompleksi keçirmək cəhdi ilə bağlı cinayət işi açılıb,hazırda 3 nəfər saxlanıb, o cümlədən də Ermənistan vətəndaşı Samvel Babayan.

Təhlükəsizlik nazirliyinin mətbuat xidmətinin məlumatına görə, istintaq və operativ əməliyyat tədbirləri nəticəsində əldə olunan dəlillərə görə həmin adamlar məhz Samvel Babayanın göstərişi ilə hərəkət ediblər.

Mənbənin məlumatına görə, təhlükəsizlik xidməti bundan əvvəl ölkəyə Gürcüstandan belə bir qurğu gətirilməsinin qarşısının alınması barədə məlumat yayıbmış.

AzadlıqRadiosu Ermənistan xidmətinin yazdığına görə, Samvel Babayan marın 22-də “Ohanyan-Raffi-Oskanyan” blokunun seçki qərərgahında olub.

Blokun digər üzvü Manvel Egiazaryan radioya deyib ki, Samvel Babayan yerli vaxtla təxminən 13 radələrində səhətində nasazlıq olduğunu deyərək evə yollanıb.

Onun sözlərinə görə bundan sonra onunla əlqə kəsilib.

“Ohanyan-Raffi-Oskanyan” blokunun liderlərindən olan keçmiş xarici işlər naziri Vardan Oskanyan hələlik məlumata münasibət bildirməyib.

Blok məlumatı araşdırır.

Xatırladaq ki, S.Babayan Ermənistan hakimiyyətini 2 aprel döyüşlərindəki uğursuzluğa görə tənqid edib.