"Samsung": Galaxy Note 7 partlaya bilər

İllüstrativ foto

"Samsung" xəbərdarlıq edir ki, Galaxy Note 7 telefonları elektrik doldurulan zaman partlaya bilər- Şirkət 2.500 telefonu geri çağırıb.

ABŞ təyyarə şirkətlərinə bu telefonlara qadağa qoymağa göstəriş verib.

Cənubi Koreya şirkəti olan Samsung bildirir ki, bu telefonlar sentyabrın 19-dan dəyişdiriləcək: "İlk fürsətdə telefonunuzu söndürün və aldığınız mağazaya geri qaytarın".

Şənbə günü Birləşmiş Ərəb Əmirlikləri də öz hava şirkətlərində bu cihazdan istifadəni qadağan ediblər.