Şabran kəndlilərinin harayı: 'Məcburuq ki, heyvanları satıb kənddən şəhərə köçək'
Sizin brauzer HTML5-i dəstəkləmir
Şabran rayonunun Rəhimli kənd sakinlərinin əksəriyyəti heyvandarlıqla məşğul olur. Kəndlilərin sözlərinə görə, burada 400-dən çox təsərrüfat mövcuddur, 800 baş iribuynuzlu mal-qara və 2 mindən çox qoyun-quzu bəslənilir. Sakinlər onilliklərdir örüş yeri kimi istifadə etdikləri otlaq sahələrinin indi əllərindən alındığını bildirirlər.