'Sabah'ın rəqibləri bilindi

Bu gün, avqustun 27-də UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılıb.Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da Monakoda başlayıb.

Liqa mərhələsində mübarizə aparacaq 36 komanda 4 səbətə bölünüb.

Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb. Püşkün nəticələrinə əsasən "Sabah" "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) klubları ilə Bakıda üz-üzə gələcək. Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) isə səfərdə qarşılaşacaq.

Liqa mərhələsinin ilk turunun oyunları sentyabrın 8-10-da keçiriləcək.

Hər klubun 8 oyunundan sonra 36 klubdan 1-dən 8-ə qədər yer tutanlar növbəti mərhələyə keçəcək. Sırada 9-dan 24-ə qədər yer alan klublar isə növbəti püşkdən asılı olaraq bir oyunluq mübarzəni davam edəcəklər. 8 qalib klub əvvəlki 8 komandaya qoşulacaq və onlar mübarzəyə davam edəcəklər.
25-dən 34-cü yerə qədər qərarlaşan klublar isə mübarizəni davam etdirmək imkanını itirəcəklər.

Ötən il Azərbaycan təmsilçisi 24 klub arasında yer ala bilmişdi.


25.08.2026

'Sabah' UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

Azərbaycan çempionu avqustun 25-də pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqləniblər.Nəticədə oyun ümumilikdə "Sabah"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Bundan öncə Azərbaycanın futbol klublarından yalnız “Qarabağ” iki dəfə bu uğura yiyələnib.

“Sabah” “Hapoel”ə qədər I təsnifat mərhələsində Uelsin TNS komandasını (2:0, 2:1), II təsnifat mərhələsində Finlandiya təmsilçisi “KuPS”u (1:0, 2:0), III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu (1:2, 4:0) mübarizədən kənarlaşdırıb.