Saatlıda zəlzələ olub

Bugün, avqustun 9-da yerli vaxtla saat 21:38-də Azərbaycanın Saatlı rayonunda zəlzələ (4 maqnituda) baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

"Zəlzələ episentrdə və yaxın rayonlarda 3 bala qədər hiss olunub".

Yeraltı təkanların dərinliyi 52 kilometr olub. Təlafat və dağıntı haqqında məlumat verilmir.