Rəisinin yerinə təyinat olub

Qulamhüseyn Möhsüni Ejehi

Ejehi daha əvvəl baş prokuror və kəşfiyyat naziri kimi çalışıb.

İranın Ali dini lideri Ayətulla Əli Xameneyi ədliyyəyə yeni başçı təyin edib. İndiki başçı İbrahim Rəisi ötən ay prezident seçilib.

Bu posta Rəisinin müavini, 64 yaşlı sərt-xətt tərəfdarı Qulamhüseyn Möhsüni Ejehi təyin olunub. Xameneyi onu ədaləti təbliğ etməyə, korrupsiya ilə mübarizəyə çağırıb.

Ejeni daha əvvəl baş prokuror və kəşfiyyat naziri kimi çalışıb.

2019-cu ildən Ədliyyənin başçısı olmuş Rəisi 18 iyun seçkisində prezident seçilib, avqustdan mötədil Həsən Ruhanini əvəzləyəcək.

İran qanunvericiliyinə görə, ədliyyə rəhbərlərini, bir sıra digər aparıcı rəsmiləri, həmçinin hərbi komandirləri Xameneyi təyin edir.

Rəisi seçkidə qələbə çalandan sonra deyib ki, 2015-ci il nüvə sazişini dirçəltməklə bağlı danışıqları dəstəkləyir. Həmin sazişi İranın nüvə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.