Rüşvətə şərait yaradan hakimə töhmət...

►Cəzalar açıqlandı

Yasamal və Ucar məhkəmələrinin hakimləri rüşvətə görə töhmətlə cəzalandırılıblar.

Məhkəmə-Hüquq Şurasının məlumatında belə deyilir.

Şura Yasamal məhkəməsindən Akşin Əfəndiyevin, Ucar məhkəməsindən isə Çingiz İsgəndərovun cəzalandırıldığını bildirir.

Şura bundan əlavə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə, Balakən məhkəməsinin hakimi Rafiq Kazımovun iş yerinin dəyişdirildiyini, daha 4 hakimlə bağlı isə intizam icraatının başlandığını xəbər verir.

Hakimi Çingiz İsgəndərova töhmət verilib, habelə qanunvericiliyin tələblərini pozan 4 müxtəlif məhkəmə hakimləri barədə intizam icraatları başlanılıb.

Buna da bax...