100 dollarla Antarktidaya gedən azərbaycanlı bloqer Ermənistana buraxılmayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Cəmi 100 dollarla Moskvadan Antarktidaya yola çıxan Rusiya vətəndaşı, azərbaycanlı bloqer Rüstəm Şükürov Gürcüstan sərhədindən Ermənistana buraxılmayıb. Sərhəd-keçid məntəqəsində 4 saat saxlanılan səyyah deyir ki, ona qarşı mehriban davransalar da, sonda geri qayıtmasını və ya birbaşa İrana getməsini istəyiblər. Şükürov Ermənistanın baş naziri Nikol Paşinyanla da video çəkməyi planlaşdırırmış.